Çərşənbə axşamı, 24 Noyabr 2026 04:12:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00
Siyasət

Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinlərini fərdi qaydada qəbul edib

27.02.2019 23:45 · 571 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sabirabad rayonunda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.

“Rubin.az” xəbər verir ki,qəbuldan əvvəl S.Babayev və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin bu rayondakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Sonra nazir Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Vətəndaşlarla görüşündə S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlar proqramının növbəti uğurlu nəticələri kimi, əhalinin sosial müdafiəsi sahəsində ardıcıl olaraq əhəmiyyətli irəliləyişlərə əsas yaradan addımlar atıldığını vurğulayıb.

Nazir bildirib ki, nəticədə şəhid vərəsələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsi genişləndirilib,şəhid ailələrinə təqaüdlərin məbləği artırılaraq 300 manata çatdırılıb. Minimum əməkhaqlarının və minimum pensiyaların məbləği təqribən 40 faiz artırılıb. 850 mindən çox vətəndaşı əhatə edən bu sosial müdafiə tədbirlərinin davamı olaraq, sosial sahədə daha bir inqilabi addım olan 25 fevral 2019-cu il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb.  Sərəncam 256 mini əlilliyi olan vətəndaşlardan ibarət 577 min şəxsə ödənilən sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasına, hətta bəzi sosial ödənişlərin 2 dəfədən çox artırılmasına, həmçinin yeni təqaüd növlərinin təsis edilməsinə imkan verib.

Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsiistiqamətində ardıcıl şəkildə mühüm addımlar atıldığına, həssas əhali qruplarına dövlət qayğısı əhəmiyyətli dərəcədə artırıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə vətəndaşların sosial təminat, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, tibbi-sosial reabilitasiya, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilib.

Bir sıra müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb, nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Eləcə də ayrı-ayrı şəxslər işlə təmin edilmələri üçün göndərişlə təmin olunub, kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olan işsiz şəxslər cari ildə özünüməşğulluq proqramına cəlb edilmək üçün qeydiyyata alınıblar.

Nazir qeyd edib ki, özünüməşğulluq proqramına ötən il Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində 341 aztəminatlı ailə cəlb edilib. Həmçinin dövlət başçısının təşəbbüsü əsasında cari ilin əvvəlindən icra olunan “İşsizin DOSTu” proqramı çərçivəsində bu 4 rayon və şəhərdə də 1500-ə yaxın işsiz və işaxtaran şəxs əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təmin olunub.Qəbul zamanı bərpa müalicəsinə ehtiyacı olan vətəndaşların reabilitasiyaya cəlb edilməsi tapşırılıb. 2019-cu ildə nazirliyin bir sıra reabilitasiya müəssisələrində olduğu kimi, Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işlərinə başlanacağı qeyd edilib.

 

↑