Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • “DOST” Mərkəzlərində proaktiv xidmətlər üzrə “DOST Məsləhəti” proqramı da fəaliyyət göstərəcək
  • Siyasət

“DOST” Mərkəzlərində proaktiv xidmətlər üzrə “DOST Məsləhəti” proqramı da fəaliyyət göstərəcək

rubinroot Fevral 27, 2019
dost loqo

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin  “DOST” Mərkəzlərində  əhaliyə proaktiv xidmətlər üzrə “DOST Məsləhəti” proqramı da fəaliyyət göstərəcək.

Nazirlikdən “Rubin.az”-a verilən məlumata görə,bu proqram əsasında vətəndaşlara yalnız müraciətləri əsasında deyil, müraciət etmədikləri halda belə, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə yaranan və ya yaxın müddətdə yaranacaq hüquqlarından faydalanmaq imkanı veriləcək. Belə ki, vətəndaşın müraciəti olmadan elektron informasiya sistemindəki mövcud məlumatlar əsasında onun sosial vəziyyəti tam araşdırılıb qiymətləndirəcək, hansı sosial xidmətdən yararlana biləcəyi barədə həmin şəxsəməsləhətlər, təkliflər veriləcək.

Hazırda elektron qaydada pensiya təyinatı bu sahədə proaktiv xidmətin bir nümunəsidir və avtomatlaşdırılmış pensiya təyinatına oxşar sistemin bütün sosial xidmətlər üçün tətbiqi əsas hədəflərdəndir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Evində ayı saxlayan iş adamı – “Məcbur qalıb bağıma gətirdim”
Next: Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinlərini fərdi qaydada qəbul edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.