Bazar, 18 Oktyabr 2026 00:47:28 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
18 Oktyabr 2026
SON XƏBƏRLƏR
Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00
Dünya

Bu gün Moskvada üçtərəfli görüş keçiriləcək

25.07.2023 09:19 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri görüşəcək.

“Unikal” xəbər verir ki, Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın üçtərəfli danışıqlardan əlavə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Rusiya XİN-in məlumatına görə, danışıqlar zamanı XİN başçıları Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yollarını və üçtərəfli sazişlərin həyata keçirilməsi istiqamətində atılan addımları təhlil edəcəklər.

Bölgədə nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan sərhədinin demarkasiyası müzakirə olunacaq.

Həmçinin rəsmi Moskva bəyan edir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına xüsusi diqqət yetiriləcək.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, gündəlikdə regional təhlükəsizlik məsələləri, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, humanitar məsələlər var.

Xarici işlər nazirləri sonuncu dəfə Vaşinqtonda, Rusiyanın iştirakı ilə üçtərəfli formatda isə mayın 19-da Moskvada görüşüblər.

↑