Cümə axşamı, 15 Oktyabr 2026 10:59:47 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Sağlamlıq

Qida Təhlükəsizliyi İnstitutunun idarə heyətinə yeni sədr təyin edilib

24.07.2023 17:11 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Əli Tahir oğlu Nəbiyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub. Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Oxu.Az xəbər verir ki, Ə.Nəbiyev Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

“Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə İş Şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür. Bu təyinatadək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.

↑