Cümə axşamı, 15 Oktyabr 2026 11:03:48 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Təhsil

DİM: İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur

16.07.2023 16:37 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.

Bu barədə “Report”a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1134 namizəd qeydiyyatdan keçmişdi. İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahanlar haqqında ümumi məlumat və müsabiqə şərtləri ilə DİM-in saytında tanış olmaq olar.

↑