Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Sahil Babayev Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüşüb
  • Siyasət

Sahil Babayev Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüşüb

rubinroot Fevral 25, 2019
000000000000000000

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüş keçirilib. Görüşdə soyqırım zamanı həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Rubin.az” xəbər verir ki,Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev27 il əvvəl ermənilərin öz havadarları ilə birgə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımın bəşər tarixinə böyük qanlı faciə, insanlığa qarşı tarixi cinayət kimi daxil olduğunu bildirib. Nazir qeyd edib ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri dinc şəhər sakinlərindən ibarət  613 azərbaycanlını (o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı) xüsusi qəddarlıqla  qətlə yetirib. 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib. 1275 nəfər girov götürülüb, yüzlərlə dinc sakin ağır xəsarətlər alıb.  Çoxsaylı şəxs əsir və girov götürülərək amansız işgəncələrə məruz qalıb. Xocalı şəhərinin infrastrukturu tamamilə dağıdılıb və yandırılıb.

S.Babayev ümummilli liderimiz Heydər Əliyevin xüsusi müraciəti əsasında 1994-cü ilin fevral ayında Milli Məclisin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini deyib. O, bildirib ki, Azərbaycan bu gün güclü bir orduya malik olsa da, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev münaqişənin beynəlxalq hüquq müstəvisində sülh yolu ilə nizamlanması üçün məqsədyönlü siyasət aparır, ardıcıl səylər göstərir.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası başlanmışdır. “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasından bəhs edən nazir bu kampaniyanın əhəmiyyətini vurğulayıb. O diqqətə çatdırıb ki, bu kampaniyanın  əhatə etdiyi ölkələrin sayı daim artır. Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi beynəlxalq aləmdə tanınmasında bu  təbliğat kampaniyası çox mühüm rola malikdir. İslam Əməkdaşlıq Təşkilatı  Ermənistanı təcavüzkar kimi tanımaqla bərabər, Xocalı faciəsini də soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

S.Babayev ötən dövrdə artıq bir çox ölkələrin (Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay) parlamentlərinin Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanıdıqlarını deyib. Nazir qeyd edib ki, həmçinin ABŞ-ın 22 ştatının qanunverici orqanları Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edib.

Görüş zamanı“Erməni təcavüzünün tanıdılması” İB-nin sədri Səriyyə Cəfərova, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli, “Dünyada Xocalı soyqırımının tanıdılması” İB-nin sədr müavini, canlı şahid  Mürvət Məmmədov, Xocalı şəhəri 2 saylı tam orta məktəbin direktoru, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Xocalı sakinləri  Murad Hüseynov və  Həmayıl Xəlilova  27 il əvvəl şahidi olduqları Xocalı soyqırımından, erməni qəsbkarlarının Xocalı sakinlərinə, ümumən insanlığa qarşı törətdikləri vəhşikliklərdən bəhs ediblər. Onlar xocalılara, xüsusilə Xocalı soyqırımı zamanı yaxınlarını, o cümlədən hər iki valideynini itirmiş şəxslərə ötən dövrdə göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər.

Görüşdəxocalıların sosial müdafiəsi sahəsində görülən tədbirlər qeyd edilib, bu sahədə, həmçinin onların səmərəli məşğulluğunun təminatı istiqamətində aparılan işlər müzakirə edilib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Dünyanın Beynəlxalq “ İnnovative Dreams-2019” layihəsində Azərbaycanın qabaqcıl müəllimləri
Next: “I qrup əlilliyə görə 182 manatdan 250 manata…”-Sahil Babayev

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.