Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib
  • Rəsmi
  • Siyasət

Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib

rubinroot İyul 13, 2023
64afa7ffaa6f764afa7ffaa6f8168923340764afa7ffaa6f564afa7ffaa6f6

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib.

APA xəbər verir ki, Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş edib.

Söhbət zamanı dövlət başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlanıb.

İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub.

Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bakıda sıxlıq müşahidə edilən yollar – SİYAHI
Next: Şabranda 29 yaşlı kişi intihar edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.