Dünyada saysız- hesabsız layihələr icra olunur. Lakin “ İnnovative Dreams 2019”- “Xəyallarınızı yeniləyin 2019” layihəsi digər layihələrdən fərqli olaraq uşaqların, tələbələrin parlaq gələcəyinə ümid verir.
“Rubin.az” xəbər verir ki,layihədə əsas məqsəd gələcəkdə uşaqların işlərinin başa düşməsinə və hazırlanmasına kömək etməkdir.Layihə çərçivəsində 7-16 yaşlı uşaqlar iştirak edir və gələcəkdə yaradılacaq sənayelər,dünyanın transformasiyasında texnologiyanın rolu haqqında məlumat verirlər. Layihə “2030- Davamlı İnkişaf” gündəmində təsvir olunan 17 Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinin 3-nü özündə birləşdirir.Stemi təbliğ edən layihə əslində 7 həftə davam edərək 7 tapşırıqları əhatə edir.
Layihədə dünyanın hər yerindən ölkələr iştirak edir. 55 ölkə üzrə 10000-dən çox tələbə və məktəblər layihəni uğurla icra edirlər.Layihəni Edu 21 məktəbinin qurucusu, Pakistanlı təhsil işçisi Xurrəm Whiz təsis etmişdir.
55 ölkədən biri olan Azərbaycan da layihədə uğurla iştirak edir.Azərbaycan üzrə koordinatorlar Zümrüd Məmmədova və Aysel Alıcanovadır.
Zümrüd Məmmədova- “AzərYod” MMC-nin Neftçala şöbəsinin meneceri, Neftçala şəhər 4 nömrəli tam orta məktəbin kompyuter laborantıdır. O, təhsil sahəsində “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi. Gənc təlimçilərin təlimi “ kursunda təlimçi sertifikatı,“Economic and Social Empowerment of Young and Disabled Women” Project mükafatı(Kompüter təlimi və yazı işləri üzrə hazırlamış layihənin qalibi), Azərbaycan Respublikası “Həmrəy” Gənclərin Maariflənməsinə Dəstək İctimai Birliyi tərəfindən – “ Vətəndaşlıq: mənsubiyyət və məsuliyyət” adlı Elmi- Praktiki Konfransın təşkilində göstərdiyi dəstəyə görə -təşəkkürnamə, Serxio Paya “Pepsiko”nun MDB prezidenti və KOKOrina M.P. “EKA” BEİT –nin idarəetmə sədri tərəfindən “Su qoruqçuları”adlı II beynəlxalq ekodərsin keçirilməsinə görə diplom, İnnovativ Müəllim Müsabiqəsi -2016 müsabiqəsinin “İnteraktiv mozaika” İKT-dən istifadə etməklə innovativ dərs nominasiyası üzrə II –Diplom,“İnnovativ Müəllim Müsabiqəsi -2018” müsabiqəsinin “İnteraktiv mozaika” İKT-dən istifadə etməklə innovativ mozaika” nominasiyası üzrə III –diplomlar qazanmışdır.
Aysel Alıcanova – Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbdə ibtidai sinif müəllimidir.Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət”layihəsini müəllim kimi icra edir.Onun haqqında Nazirlik müsahibə aparmış,mətbuatda yayınlamışdır.Təhsil sahəsində müxtəlif təlim və seminarlara qatılmışdır.Dünya üzrə qabaqcıl müəllimlər heyətinə üzv seçilmiş və Nazirliyin “E-twinning” layihəsinə qoşulmuşdur.Eyni zamanda pedaqoq kimi uşaqlar, müəllimlər, valideynlər üçün maarifləndirici layihələr həyata keçirir.

“İnnovative Dreams-2019”- “Xəyallarınızı yeniləyin 2019” layihəsi Azərbaycanın Bakı, Sumqayıt, Neftçala,Gəncə, Balakən, Xızı,Lənkəran, Kürdəmir,Bərdə,İsmayıllı, Biləsuvar şəhər məktəblərində uğurla həyata keçirilir.Layihədə hər bir peşəkar müəllim şagirdlərinə layihəni tətbiqi yollarını izah edərək gələcəkdə kəşf ediləcək ixtiraların xəyallarını gerçəkləşdirir. Unutmayaq ki, peşələrimiz gələcəkdə əsrin inkişafı,dünyadakı innovasiyalara görə dəyişəcək.
Layihədə iştirak edən qabaqcıl, yaradıcı Azərbaycan müəllimlərimizi təqdim edək:

Əsədova Aygül- Xızı rayon M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbi

Cəvahir Məmmədova-Neftçala rayonu, Mirqurbanli kəndiT.İsmayılov adına tam orta məktəbi

Elnarə Həsənzadə-Bakı şəhəri- Ellada Academy

Təranə Hidayətova -Bakı şəhəri M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəb

Nərminə Qasımova-Bakı şəhəri Sabunçu rayonu H.Agaverdiyev ad. 113 saylı məktəb-
“Sağlam Təhsil” sinfi

Xanım Hüseynova-Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəb

Vüsalə Əliyeva- Bakı şəhəri Sabunçu rayon 112 nömrəli tam orta məktəb

Sevda Əhmədova-Sumqayıt şəhəri İdrak Liseyi

İsmayılzadə Kəmalə Mirzağa qızı-Lənkəran şəhər Azər Məhərrəmov adına 7 №-li tam orta məktəb

Billurə Qurbanzadə-Bərdə rayon M.Seyidov adına Mehdixanlı kənd tam orta məktəb

Məmmədova Cəmalə-Neftçala rayonu T. İsmayılov adına Mirqurbanlı məktəb

Sadıqova Rəmilə-Neftçala şəhər 4 saylı tam orta məktəb

Günel Almuradova- Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 181 N-Lİ tam orta məktəb

Günəş Xudiyeva- Kürdəmir şəhər 3 saylı tam orta məktəb

Səadət Kazımova-Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəb

Günay Bayramova –Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli məktəb

Gülşad Şəkərova-Sumqayıt şəhər 25nömrəli məktəb

Əzizova Lalə-Neftçala rayonu Bankə qəsəbə Ə. Cəfərov adına 1 saylı tam orta məktəb

Mirzəyeva Könül-Sumqayıt şəhəri 39 nömrəli tam orta məktəb

Qurbanova Nubar- Balakən rayonu, Nəsimi adına şəhər 2 saylı tam orta məktəb

Sumqayıt şəhər 25 №-li tam orta məktəb-Hüseynova Kəmalə

İradə Rüstəmova-İsmayıllı rayonu 1 saylı tam orta məktəb

Eyvazova Pərvinə-Sumqayıt şəhəri İdrak liseyi

Arzu Məlikova-Lənkəran şəhəri A.Məhərrəmov adına 7 №-li tam orta məktəb

Vəfa Xankişiyeva- Milli qəhrəman Mübariz İbrahimov adına Biləsuvar bağça məktəb lisey kompleksi

Sevinc Məmmədova-Sumqayıt şəhər 25 №-li tam orta məktəb
Hər bir müəllimə layihədə uğurlar arzu edirik.Gələcək sizlərin əlindədir- gələcəyin memarları müəllimlərin və şagirdlərin…
