Bazar, 18 Oktyabr 2026 02:14:17 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
18 Oktyabr 2026
SON XƏBƏRLƏR
Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00
Dünya

Zahidanda polis bölməsi silahlı şəxslərin əlinə keçdi – Video

08.07.2023 13:13 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

İranın Zahidan şəhərində 16-cı polis bölməsinə silahlı şəxslərin basqını nəticəsində bir polis zabiti öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Zahidan şəhərinin prokuroru Mehdi Şəms məlumat verib.

Məlumata görə, səhər saatlarında bölməyə hücum edənlərdən ikisi kamikadze olub və üzərlərində olan partlayıcı maddələri partladıblar.

Prokuror gərginliyin davam etdiyini, hadisə ilə bağlı əlavə məlumat veriləcəyini bildirib.

Bəluc Fəallarının Kampaniyası isə silahlı şəxslərin bölməni ələ keçirdiyini bildirib.

İddiaya görə, cümə namazlarının qılındığı və həftəlik etiraz aksiyalarının başladığı məşhur Məkki məscidinin yaxınlığında olan polis bölməsinə gedən yollar bağlanıb, bölgəyə çox sayda qüvvələr cəlb edilib.

Sünni məzhəbli etnik bəlucların tanınmış din xadimlərindən olan Əbdülqafar Nəqşbəndi polis bölməsinə hücum edən silahlı şəxsləri bəluc xalqının fədailəri adlandırıb:

“Bu hücum bəluc xalqının fədailərinin ötən il Məkki məscidində qırğın törədən hökumət qüvvələrinə qarşı qisas əməliyyatıdır. Hökumət bölgəyə hər an daha çox qüvvə toplayıb, yeni qırğın törədə bilər. Bəluc gənclərini Məkki məscidi ətrafına toplaşaraq qırğının qarşısını almağa çağırıram”.

Rəsmi dövlət mediası səhər saatlarından başlayan atışmanın dayandığını və bölgədə sakitliyin bərqərar olduğunu iddia edir. Bəluc fəalların yaydığı videolardan isə Məkki məscidi və 16-cı polis bölməsi ətrafında atışmanın davam etdiyi görünür. Şəhərin bir çox bölgələrində küçələrin bağlandığı, silahlı və mülki geyimli məmurların şəhərə cəlb olunduğu bildirilir.

↑