Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibətilə bütün əsgər və zabitlərimizi təbrik edib.
Rubin.az xəbər verir ki, təbrikdə deyilir:
“Azərbaycan Silahlı Qüvvələri öz yüksəlişini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44-günlük Vətən müharibəsində fədakarcasına və qəhrəmancasına qazandığı Zəfərlə təsdiq edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Silahlı Qüvvələrimiz daim qüdrətini, döyüş hazırlığını və peşəkarlığını inkişaf etdirir. Ermənistanla sərhəddə Laçın yolu üzərində sərhəd buraxılış məntəqəsinin bir güllə belə atmadan qurulması Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin yeni bir təzahürüdür.26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün qazilərimizi, əsgər və zabitlərimizi ən xoş arzularımı çatdırıram. Allah bizə böyük zəfərimizi yaşadan şəhidlərimizə rəhmət etsin!”