Cümə axşamı, 15 Oktyabr 2026 11:03:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Siyasət

Avqust ayında müəllimlərin təkrar sertifikasiyası keçiriləcək

25.06.2023 06:59 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Avqust ayında ötən il sertifikatlaşdırma prosesində uğur qazanmayan müəllimlərin təkrar sertifikasiyasının təşkili nəzərdə tutulur.

RUBİN.AZ  xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırma qaydalarına uyğun olaraq tarixlərlə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə bir ay əvvəldən göndəriləcək.

Qeyd edib ki, Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq sertifikatlaşdırma prosesində ikinci cəhddə də uğur əldə edə bilməyən müəllimlərin müqaviləsinə xitam veriləcək.

“Növbəti illərdə digər fənn müəllimləri də sertifikasiya prosesinə cəlb olunacaqlar. Beş il ərzində bütün fənn müəllimlərinin sertifikatlaşdırmadan keçirilməsi planlaşdırılır”, – deyə Nurlan İsmayılbəyli bildirib.

↑