Cümə axşamı, 15 Oktyabr 2026 08:43:38 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Mədəniyyət

Q.Paşayeva tanınmış mədəniyyət işçiləri və incəsənət xadimləri ilə görüşüb.

31.05.2023 08:58 · 5 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva tanınmış mədəniyyət işçiləri və incəsənət xadimləri ilə görüşüb.
RUBİN.AZ  xəbər verir ki, Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti Vasif Allahverdiyev,
Əməkdar artist Əli Səmədov, tanınmış memar Hüseyn Qarayev və tanınmış aktyor, rejissor Kənan MM ilə görüşüb.
Məclisdə baş tutan görüşün iştirakçısı olan aydınlarla, onların ictimai və yaradıcı fəaliyyətləri, “Heydər Əliyev İli”ndə, habelə “Şuşa -Türk dünyasının Mədəniyyət paytaxtı-2023” çərçivəsində həyata keçirdikləri və ya həyata keçirməyi planlaşdırdıqları ictimai-mədəni və yaradıcı fəaliyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Komitə sədri həmçinin 44 günlük müharibədə qazanılmış şanlı Zəfərin yaradıcılıq müstəvisində inkası, yaradıcı aydınların üzərinə düşən mənəvi məsuliyyətdən söz açıb.
O, görüş iştirakçılarının sənətdə, yaradıcılıqda uğurları, yeniliklər və yaradıcı planları ilə yaxından tanış olub, qayğılarını öyrənib, onlara uğur diləyib.
↑