Millət vəkili Adil Əliyev 17 may tarixində Milli Məclisdə növbəti dəfə şəhid ailələrinin, qazilərin və müraciət edən vətəndaşların qəbulunu həyata keçirdərək, müraciətlərini dinləyib.
RUBİN.AZ xəbər verir ki, qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılmış müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Habelə, digər qisim müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə dövlət qurumlarına və təşkilatlara sorğular hazırlanıb. Eləcə də, vətəndaşlar tərəfindən irəli sürülmüş və araşdırılması vaxt tələb edən müraciətlərin hər biri millət vəkili tərəfindən nəzarətə götürülməklə geniş şəkildə təhlil ediləcəyi və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla həll edilməsinə nail olunacağı bildirilib. Qəbul zamanı qaldırılan hüquqi məsələlər ilə əlaqədar vətəndaşlara tam, hərtərəfli izahlar verilib.
Qeyd edək ki, Millət vəkili Adil Əliyev ünvanına daxil olan bütün növ vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşır, hər bir müraciət geniş şəkildə təhlil edilir, həlli istiqamətində iş aparılır.