Milli Məclisin sədr müavini Adil Əliyev ölkəmizə səfərə gələn Gürcüstan Parlamentinin Sədri cənab Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini hava limanında qarşılayıb.
Qeyd edək ki, Parlament spikerləri və əcnəbi parlamentarilər “Ulu Öndər Heydər Əliyevin 100 illiyi” münasibətilə 16 may tarixində təşkil ediləcək Milli Məclisin xüsusi sessiyasında iştirak etmək məqsədilə ölkəmizə gəlirlər.