Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edən prezident İlham Əliyev nüfuzlu beynəlxalq təşkilatların rəsmiləri ilə görüşüb.
“Rubin.az” xəbər verir ki, prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.
Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinin icrasında Avropa İttifaqının fəal iştirakını və rolunu qeyd edib.
Qonaq bu layihənin uğurlu icrasında Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edib. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə də uğurla həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşüb. Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edən Fatih Dönməz Türkiyənin bu layihənin ilk mərhələsindən Azərbaycanın yanında oldugunu vurğulayaraq, Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirildiyini bildirib. Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganla birlikdə imzalanan bu layihənin təməlinin TANAP ilə qoyulduğunu diqqətə çatdırıb. Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə, o cümlədən enerji sahəsində də böyük nəticələrə gətirib çıxardığını deyib.
Dövlət başçısı ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə də görüşüb. Dövlət basçısı ABŞ prezidenti Donald Trampın Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Sandra Oudkirk 2018-ci ildə layihənin uğurlu icrası istiqamətində mühüm nailiyyətlərin əldə olundugunu deyib. Görüşdə bərpaolunan və alternativ enerji, eləcə də digər sahələrdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq məsələləri ətrafinda fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb. Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı İtaliya şirkəti tərəfindən inşa olunan “SOCAR-Polymer” zavodunun bir neçə gün əvvəl açılışının olduğunu xatırladıb.
İtaliyanın iqtisadi inkisaf nazirinin müavini Andrea Cioffi Azərbaycanla münasibətlərin bütün sahələrdə, o cümlədən ticarət sahəsində də inkişaf etdiyini vurğulayıb
Prezident İham Əliyev həm də Avropa İnvestisiya bankının vitse-prezidenti Vazil Hudakla görüşüb. Regionda Azərbaycanın iştiraki ilə həyata keçirilən irimiqyaslı nəqliyyat layihələrinə toxunan Vazil Hudak Avropa İnvestisiya Bankının bu kimi nəqliyyat və digər layihələrin də maliyyələşdirilməsində maraqlı olduğunu ifadə edib. Layihəyə verdiyi dəstəyə görə minnətdarlığını bildirən prezident İlham Əliyev qeyd edib ki, bu, bankın bölgədə maliyyələşdirdiyi ən böyük layihələrdən biridir.
Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonla görüşü olub. Dövlət başçısı Dünya Bankının Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirərək bu işbirliyinin uzunmüddətli və məhsuldar olduğunu qeyd edib.
Mersi Tembon da öz növbəsində Azərbaycanla Dünya Bankı arasında aparılan müzakirələrdə əksini tapan məsələlərin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin reallaşdırıldığını qeyd edib.
“Rubin.az” Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: