Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 23 fevralda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
“Rubin.az” xəbər verir ki,meriya qurumun həmin tarixdə mitinq keçirməsini məqsəd uyğun hesab etməyib.
Bildirilib ki, ötən mitinqdən bu günə qədər hüquq mühafizə orqanlarına və Bakı Şəhər İcra Hakimiyyətinə 200-dən artıq şikayət daxil olub. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası qanunun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yarandığından mitinqlə əlaqədar müraciət məqsədə uyğun hesab edilməyib.