Bazar, 29 Noyabr 2026 17:21:59 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
İdman

Fərid Qayıbov: “İnanıram ki, olimpiadadakı medallarımızın sayı artacaq”

09.05.2023 14:36 · 25 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“İnanıram ki, olimpiadadakı medallarımızın sayı artacaq. Çünki Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmançılara daim qayğı göstərilir”.

Bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku-2023-ün açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Dünya Kuboku artıq ənənəvi hal daşıyır: “Ötən il də 60-dan artıq ölkənin iştirakı ilə yarış baş tutmuşdu. Budəfəki turnirə 66 ölkə təmsilçiləri qatılıblar. Yüksək səviyyəli təşkilatçılığa görə, Azərbaycan Atıcılıq Federasiyasına təşəkkürümü bildirirəm. Builki dünya çempionatının Azərbaycana həvalə edilməsinin səbəblərindən biri də budur. Avqustda bu idman növündə lisenziya xarakterli irimiqyaslı yarış olacaq. Bu turnirlər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilində keçirilir. Simvolik haldır ki, güllə atıcılığı üzrə olimpiadada yeganə qızıl medalımız məhz Ulu Öndərin prezidentliyi dövründə əldə olunub”.
F. Qayıbov Bakı Atıcılıq Mərkəzinin böyük yarışlar qəbul etmək gücündə olduğunu sözlərinə əlavə edib: “Həm Dünya Kuboku, həm də avqustda keçiriləcək dünya çempionatı ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Dünyada 6-8 belə kompleks var. Bu kompleksi saxlamaq da lazımdır. Hər dəfə təmirə, müəyyən dəyişikliklərə ehtiyac olur. Edilən dəyişiklikləri də federasiya tərəfindən mənə göstərdilər. Biz tam hazırıq. Beynəlxalq Atıcılıq Federasiyanın nümayəndəsi də bildirdi ki, yarışlar çox yüksək səviyyədə təşkil olunub”.
Qeyd edək ki, güllə atıcılığı üzrə Dünya Kuboku mayın 14-dək davam edəcək.
↑