Mayın 7-də Milli Məclisin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib.
RUBİN.AZ xəbər verir ki, yaşıllaşdırma aksiyasında Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis sədrinin müavinləri Adil Əliyev, Fəzail İbrahimli, komitə sədrləri, deputatlar və parlament aparatının kollektivi iştirak ediblər.
Yaşıllaşdırma aksiyasında iştirak edən Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “Hərəyə bir ağac əkək” şüarı ölkəmizin təbiətinə, ekosisteminə böyük töhfə verməyə davam edir.
Qeyd edək ki, aksiyanın məqsədi ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.