20 fevral dünyada sosial ədalət günü kimi qeyd olunur.
“Rubin.az” xəbər verir ki,bu gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılmışdır. Cəmiyyətlər daxilində və cəmiyyətlərarası həmrəylik, harmoniya və bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik və işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edmək , daha sabit, ədalətli və təhlükəsiz dünya qurmaq üçün
atılan addımlarda sosial ədalətin vacibliyini vurğulamaq , hər kəs üçün sosial ədalətə nail olmaq naminə birləşərək sosial ədalətə nail olmaq olar.Yaradılmağına yaradılıb. Ancaq nail olunubmu ? Müharibələrin tüğyan elədiyi , aclıqdan əziyyət çəkənlərin olduğu , eyni ölkədə pulu xərcləməyə yer tapmayanlarla bir parça çörəyə möhtac olanların ysşadığı , hələ də qadınların döyülərək " sən kimsən ? " deyə yaşandığı dünyada hələ çox
danışmalıyıq sosial ədalətdən. Danışaraq nəsə əldə olunacağına ümid etməsəm də heç olmasa danışmalıyıq.
20 fevral – istərdim ki heç olmasa bu gün;
Hər uşaq əlini uzatdığı oyuncağı ala bilsin
Hər qadın ailəsinin “şahzadəsi”olsun
Hər qocanın cibində dərmanlarını ala biləcək pulları olsun
Hər xəstənin rahatlıqla qapısını döyə biləcəyi xəstəxana olsun sosial ədalət bəşəri səviyyədə insanların haqlarına çata bilməsini təmin edən ictimai sistemdir və hazırda dünyanın heç bir yerində tam olaraq mövcud deyil.
Heç olmasa bir gün
DÜNYADA SOSİAL ƏDALƏT OLSUN!
Elşən Ramizoğlu