“Sumqayıtda yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölməsi hamımızı kədərləndirdi. Məşqçi tərəfindən baş verən və Fərid balanın ölməsi ilə nəticələnən hərəkəti şiddətlə qınayır, ailəsinə və yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verirəm”
RUBİN.AZ xəbər verir ki, bu sözləri Milli məclisin sədr müavini, millət vəkili Adil Əliyev deyib. Bildirib ki, İdman məşqçisinin törətdiyi qəddarlıq hərəkətinə hüquq mühafizə orqanları və məhkəmə tərəfindən ən ağır cəza veriləcəkdir.
” Məşqçilik edə bilməyən, tələbəsinə övladı, əzizi kimi yanaşa bilməyən şəxslər titullarının nə olmasından asılı olmayaraq, bu fəaliyyətlə məşğul olmamalıdır”- deyə millət vəkili əlavə edib.