Türkiyənin Milli İstihbarat Təşkilatı(MİT) İraqın şimalında yeni əməliyyat keçirib.
Bu barədə “Anadolu” məlumat yayıb.
Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbər şəxsi Ahmet Gümüş məhv edilib.
Onun qruplaşma üzvlərinin təlimlərinə rəhbərlik etdiyi bildirilib.