2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Heydər Əliyev İli çərçivəsində artıq silsilə tədbirlər təşkil edilir, fərqli layihələr icra olunur.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hər çıxışı bir tarixdir, hər addımı ölkənin inkişafı naminə atılmış bir addımdır.
Uzaqgörən siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevə İtirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytardığı üçün hər zaman minnətdar olacağıq. Həm də hər zaman ona görə minnətdar olacağıq ki, memarı olduğu Azərbaycan etibarlı əllərdədir, dövlətimiz bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da qüdrətlənib, daha da gözəlləşib.
Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir.
Azərbaycanda uğurlu aparılan gənclər siyasətinin təməlini Ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar.
Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır.
Vüsalə Sadıqova (Qələndərli)