İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında konvensiyaya 2002-ci ildə 13 saylı protokol əlavə edilib ki, ölüm cəzası ləğv edilsin.
RUBİN.AZ xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev İnsan Hüquqları üzrə müvəkkil tərəfindən təşkil edilmiş elmi-praktiki konfransda deyib.
“Ümummilli lider ölüm cəzasının ləğvi ilə bağlı Sərəncamı həmin protokoldan hələ 4 il qabaq, 1998-ci ildə imzalayıb. Bu, məhz Ulu öndərin uzaqgörən siyasətinin bəhrəsidir”, – deyə vitse-spiker bildirib.