“Formula 1” üzrə Azərbaycan Qran-prisində qalib müəyyənləşib.
“Report” xəbər verir ki, 51 dövrənin tamamında “Red Bull” pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. “Aston Martin”dən Fernando Alonso dördüncü, “Ferrari”nin digər sürücüsü Karlos Sayns beşinci olub. 7 qat dünya çempionu, “Mercedes”də çıxış edən Lüis Hemilton Qran-prini altıncı sırada bitirib.
“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
“Report” xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 40 dövrədən sonra liderdir.
Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.
“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
“Report” xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 29 dövrədən sonra liderdir.
Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.
“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
“Report” xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 18 dövrədən sonra liderliyi ələ keçirib.
Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.
“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
“Report” xəbər verir ki, 51 dövrəlik mübarizəyə saat 15:00-da start verilib.
Aprelin 28-də gerçəkləşən sıralama turunda “Ferrari” pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. “Ferrari”nin digər sürücüsü Karlos Sayns və “Mercedes”dən Lüis Hemilton ilk “5-liy”i tamamlayıblar.
Ferstappen hazırda 75 xalla turnir cədvəlində liderdir. Peres 62 xalla ikinci pillədə qərarlaşıb. İlk “3-lüy”ü “Aston Martin”dən Fernando Alonso (48 xal) qapayır.
Konstruktorlar kubokunun lideri isə “Red Bull” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü sıradadır.