Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev Gürcüstan Parlamentinin sədr müavini Arçil Talakvadze ilə görüşüb.
RUBİN.AZ xəbər verir ki, görüşdə çıxış edən millət vəkili Adil Əliyev ölkələrimiz arasındakı dostluqdan, Parlamentlərimiz arasında əməkdaşlıqdan bəhs edib. İki ölkənin qanunvericilik orqanları arasındakı əlaqələrinin inkişaf perspektivlərindən danışaraq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarda birgə fəaliyyətin hər iki ölkənin maraqlarına uyğun olduğunu bildirib. Eləcə də, Ermənistana beynəlxalq ictimaiyyətin kifayət qədər təyziq etmədiyini, mina xəritələrini təqdim etməməsi səbəbindən 28 aprel tarixində daha 3 nəfər vətəndaşımızın bu minaların qurbanı olmasını diqqətə çatdırıb.
Qeyd edək ki, Arçil Talakvadze eyni zamanda Gürcüstan – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.