Həmvətənlilərimizin Gürcüstanda kompakt yaşadığı Marneuli rayonuna səfər edərək ictimaiyyət nümayəndələri, diaspora fəalları ilə görüşdük.
Rubin.azxəbər verir ki, bu sözləri Millət vəkili Adil Əliyev deyib. “Şəhidlərimiz Budaqov Elşad Məcid oğlunun və Məmmədov Elşən Vaqif oğlunun ailə üzvlərinin də iştirak etdiyi görüşdə, həmvətənlilərimizin təhsil, sosial, iş və s. məsələləri ilə əlaqədar geniş müzakirə apardıq. Gürcüstanda da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə xüsusi diqqət yetirilir və burada yaşayan soydaşlarımız da Ulu Öndəri hər zaman böyük ehtiramla anır, onun Gürcüstanla münasibətlərimizin inkişafı üçün qoyub getdiyi böyük irsi yüksək qiymətləndirirlər. İnanıram ki, burada yaşayan Azərbaycanlılar həmişə ölkələrimiz arasında körpü rolu oynayacaqlar, bu istiqamətdə öz töhfələrini verməkdə davam edəcəklər”-deyə Adil Əliyev qeyd edib.