2023-cü il Azərbaycan Qran-prisi davam edir.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən yarışda “Formula-2” üzrə sıralama turu keçirilib.
Ən yaxşı nəticəni “Prema Racing”dən Oliver Birmen göstərib. “Carlin”in sürücüsü Entso Fittipaldi ikinci olub. “ART Grand Prix”nin pilotu Teo Purşer 3-cü yeri tutub.
15:42
2023-cü il Azərbaycan Qran-prisində “Formula-2” pilotlarının sırlama turunda iki dəqiqəlik fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, buna Bred Benavidisin qəza törətməsi səbəb olub. Trasda yaranan problem aradan qaldırıldıqdan sonra sessiya davam etdirilib.
15:01
2023-cü il Azərbaycan Qran-prisi davam edir.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən yarışda “Formula-2” üzrə sıralama turuna start verilib.
Xatırladaq ki, daha əvvəl “Formula-2” və “Formula-1”də sərbəst yürüşlər keçirilib. Bu gün, həmçinin, “Formula-1” üzrə sıralama turu keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.