Nərimanov rayonunda görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilən xatirə tədbiri keçirilib.
RUBİN.AZ xəbər verir ki, tədbirdə çıxış edən Millət vəkil Adil Əliyev bildirib ki, Zərifə xanım Əliyeva kimliyini, mənəvi və insani keyfiyyətlərini, Azərbaycan qadının nümunəvi obrazını özündə ehtiva edən şəxsiyyətdir.
“Tale Zərifə xanıma həm Azərbaycanın dövlət başçısının – Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı olmağı, həm də gələcək dövlət başçısının – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası olmağı nəsib etmişdir. Görünür ki, Zərifə xanım xeyirxahlığı, qayğıkeşliyi, başqalarının halına yanmaq, dərdinə acımaq və insansevərliyi istər Ulu Öndərin, istər də Müzəffər Ali Baş Komandanımızın həyatında dərin və silinməz izlər buraxmışdır”-deyə Adil Əliyev qeyd edib.