Müqəddəs Ramazan bayramı münasibətilə Nizami rayonunda yerləşən 1 saylı uşaq evində bayram tədbiri keçirilib.
RUBİN.AZ xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvləri, QHT və media təmsilçiləri iştirak edib.
” Ulu öndər Heydər Əliyevin dediyi kimi “Uşaqlar bizim gələcəyimizdir!” və biz bu gələcəyin sağlam qurulması üçün hər birimiz səfərbər olmalıyıq. Xüsusilə valideyn himayəsindən məhrum olan uşaqların diqqət və qayğıları Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq uşaqlar və ahıllar evinə ziyarətlər təşkil edir və sakinlərin qayğıları ilə maraqlanırlar. Bugünkü ziyarətdə bir daha əmin oldum ki, sosial həssas təbəqədən olan uşaq və yeniyetmələrin bütün ehtiyacları dövlət tərəfindən ən yüksək şəkildə qarşılanır, onların yalnız bizim mənəvi dəstəyimizə ehtiyacları var”-deyə millət vəkili bildirib.
Sonda “Uşaq evi”nin sakinləri olan balaca fidanlara hədiyyələr təqdim olundu.

