Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
RUBİN.AZ Trend-ə istinadən xəbər verir ki, qitə birinciliyinin son üç günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.Güləşçilərimizin də ilk rəqibləri bəlli olub. Belə ki, Eldəniz Əzizli (55 kq) Artyom Deleanu (Moldova) – Stefan Qriqorov (Bolqarıstan), Nihat Məmmədli (60 kq) bolqarıstanlı Edmond Nazaryan, Taleh Məmmədov (63 kq) Yakopo Sandron (İtaliya) – Kriştian Kekemeti (Macarıstan), Həsrət Cəfərov (67 kq) Portuqaliya idmançısı Pedro De Morais, Ülvü Qənizadə (72 kq) ukraynalı Andrey Kulik, Sənan Süleymanov (77 kq) macarıstanlı Joltan Levay, Rafiq Hüseynov (82 kq) Mark Veber (İsveçrə), İslam Abbasov (87 kq) fransalı Turpal Maqamadov, Arif Niftullayev (97 kq) Artur Omarov (Çexiya), Sabah Şəriəti (130 kq) isə macarıstanlı Dariuş Vitek ilə qarşılaşacaq.