Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • “İdmançılarımız hoteldən buraxılmır, KİV-lə əlaqələri kəsilib” – Nazir
  • İdman

“İdmançılarımız hoteldən buraxılmır, KİV-lə əlaqələri kəsilib” – Nazir

rubinroot Aprel 15, 2023
Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması və idmançılarımızın ölkəmizə qayıdacağı qərarı ilə bağlı paylaşım edib.

RUBİN.AZ  xəbər verir ki, nazir feysbuk hesabında etdiyi paylaşımda beynəlxalq qurumlara səslənib.
F.Qayıbov, həmçinin hazırda vətənə qayıtmaları ilə bağlı qərar qəbul edilən idmançıların İrəvanda mediaya danışmamaq üçün hoteldə saxlanıldıqlarını bildirib: “İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və Vətənə dönəcək. Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb.

Bu, əsla qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu vəhşi hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Azərbaycan nefti ucuzlaşdı
Next: Komando bölmələri praktiki atış çalışmalarını icra edib – VİDEO

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.