Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • İstedadlar “Bu sabah” verilişində qonaq oldu-Video
  • Şoubiznes

İstedadlar “Bu sabah” verilişində qonaq oldu-Video

rubinroot Aprel 15, 2023
9505aa4b-e91c-4a73-a7a1-c134b7eac3a1

“İstedadları Tanıyaq Və Tanıdaq” İB-nin  bir qrup istedadlı üzvü  və  Unity Center-Uşaq sağlamlıq və Nitq İnkişaf mərkəzinin  psixoloqları  “Dünya TV”-də yayımlanan “Bu sabah” verilişinin qonağı olub.

İctimai birliyin sədri Vüsalə Qələndərli verilişə dəvətə görə Xuraman Aydınqızına və mütəmadi olaraq istedadlı gənclərin çıxışına şərait yaratdıqlarına görə kanalın rəhbərliyinə təşəkkür edib. Bildirib ki, “İstedadları Tanıyaq Və Tanıdaq” İB olaraq istedadlı uşaq və gənclərin inkişafında və tanıdılmasında əllərindən gələni edirlər və bu sahədə  televiziyanın rolu  danılmazdır.
Təşkilat rəhbəri qeyd edib ki, belə görüşlər istedadlı və bacarıqlı gəncləri daha yaxından tanımağa, onların fikir və düşüncələrini öz dillərindən eşitməyə imkan yaradır.
“Bu gün ölkəmizdə uşaqların hərtərəfli inkişafı, onların qayğılarının həlli və maraqlarının qorunması, milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən siyasət müasir Azərbaycan gəncliyinin inkişafı, onların yaradıcılıq qabiliyyətinin formalaşdırılması və peşəkar yetişməsi üçün baza rolunu oynayıb. Bu siyasətin, dövlət proqramlarının nəticəsidir ki, hazırda Azərbaycanda bütün istiqamətlərdə istedadlı gənclər fəaliyyət göstərirlər”, – deyə birlik sədri qeyd edib.
Qeyd edək ki, layihənin məqsədi istedadlı uşaqları, gəncləri cəmiyyətə tanıtmaq, onlara vətənpərvərlik və dövlətçilik ruhu aşılamaq, müstəqil özünüifadəetmə bacarıqlarını formalaşdırmaqdır.
Verilişdə çıxış edən istedadlar Elmira İbrahimova, Turan Yaqubzadə, Niftəlizadə Əliyar, Heydərli Fidan, Mədinə Rüstəmova, Hüseyn Qasımzadə uğurları haqda danışıb, maraqlı çıxışları ilə yadda qalıb.

Çıxış edən Unity Center-Uşaq sağlamlıq və Nitq İnkişaf mərkəzinin  psixoloqları Aynur Şıxaliyeva yeniyetmələrdə aqressiv davranışlar mövzusunda danışaraq yeniyetmələrdə aqressiya yaradan səbəbləri, yeniyetmənin formalaşmasında ailənin rolu haqda danışıb, aqressiv davranışları aradan qaldırmağın yollarından bəhs edib.
Mərkəzin psixoloqu Rəhimə Məmmədova Autizm, yaranma səbəbləri və əlamətləri haqqında danışıb,  Autizmin ən yüngül forması  haqda məlumat verib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Curso de Mesterolona: Aprende todo sobre este potente esteroide anabólico
Next: Bayrağımızı yandıran polisə aparıldı, alqışlarla buraxıldı – Video

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.