Cümə axşamı, 15 Oktyabr 2026 07:52:43 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Şoubiznes

Bu ölkələr “Avroviziya-2023”dən imtina etdilər

17.10.2022 09:09 · 92 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dörd ölkə “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Eurovisionwolrd.com” məlumat yayıb.

Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstan Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəklər.

Monteneqronun yerli yayım şirkəti RTCG bu qərarı ölkənin iştirak etmək üçün kifayət qədər büdcəsinin olmaması ilə əlaqələndirib.

Şimali Makedoniyanın MRT telekanalı ölkədə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə müsabiqədə iştirak etməyəcəklərini açıqlayıb.

2017-ci ildən müsabiqəyə qatılmayan Bosniya və Herseqovina “Avroviziya-2023”də də iştirak etməyəcək.

Bolqarıstan isə müsabiqənin onlar üçün maraqlı olmadığını açıqlayıb.

 

↑