Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Bakı Qran Prisinə ən çox bilet hansı ölkələrdən alınıb?
  • İdman

Bakı Qran Prisinə ən çox bilet hansı ölkələrdən alınıb?

rubinroot Aprel 9, 2023
formula-1

Bu il keçiriləcək Formula-1 Azərbaycan Qran Prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır. Tribunaların bir çoxuna biletlər artıq tamamilə tükənib. Qalan tribunalarda isə çox az yer qalıb.

RUBİN.AZ  xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, “Abşeron” tribunasının B seksiyasına, “Filarmoniya”, “Sahil” və “Bulvar” tribunalarına biletlər tam satılıb. “Muğam” tribunasına isə çox az bilet qalıb.

Turab Teymurov vurğulayıb ki, Formula-1 yarışı artıq yeddinci ildir Azərbaycanda keçirilir. Lakin ilk dəfədir ki, biletlər belə tez satılır. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb.

“Azərbaycan Qran Prisi aprelin 28-30-da keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq. Ümidvarıq ki, Azərbaycan Qran Prisi gələcəkdə də davam edəcək. Bakıdakı yarışın müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Bu barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə paylaşılacaq”, – Turab Teymurov əlavə edib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bu gün IX siniflər üçün buraxılış imtahanı keçiriləcək
Next: “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin bir qrup üzvü “Dünya TV”-nin qonağı olub

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.