FİFA Perunun yeniyetmələr arasında futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnun ləğvi barədə qərar qəbul edib.
Bu barədə dünyanın ən ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.
FİFA-nın açıqlamasında bildirilir ki, bu qərar ev sahibi ölkənin turnirin keçirilməsi üçün lazım olan infrastrukturun yaradılması ilə bağlı öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən verilib.
Turnirin 2023-cü il noyabrın 10-dan dekabrın 2-dək keçirilməsi planlaşdırılır. DÇ-2023-ün hansı ölkədə keçiriləcəyinə daha sonra aydınlıq gələcək.
“Qafqazinfo”