Həddən artıq arıq olmaq , kökələ bilməmək kimi problemlər arıqlamaq istəyib arıqlaya bilməyən insanlarda olduğu kimi stresə səbəb olan bir problemdir. Adətən ətrafımda arıqlamaq istəyən insanlarla rastlaşmışam. Arıq olanlara isə həmişə ” kefdədir e nə qədər yeyir amma kökəlmir ” deyilib. Lakin incəlik başqa bir şeydir , həddən artıq arıq olmaq , öz arıqlığından əziyyət çəkmək başqa. Hətta normadan artıq kök olanları hərbi xidmətə yararsız hesab etdikləri kimi , çox arıqları da yararsız hesab edirlər.
Bəs səbəb nədir ?
Əgər bu problemi yaşayırsızsa birinci növbədə sağlığınızı orqanizminizi müayinə etdirməlisiz..Güclü əsəb pozğunluğu yaşanırsa, stressli haldadırsa, zəhərli zob, qurd və.s bu kimi hallar varsa, öncə bu fəsadları aradan qaldırmaq lazımdır.Eyni zamanda həddən ziyadə arıqlıq əlavə olaraq bir sıra xəstəliklərə səbəb ola bilər. Ürəkdə , sümüklərdə problem yarana bilər , aybaşı pozğunluğuna , saçların tökülməsinə , dırnaqların qırılmasına xüsusən uşaqlarda böyümə və inkişafdan geri qalmaya , sümüklərin əriməsinə səbəb ola bilər.
Keçək əsas məsələyə : kökəlmək üçün nə etməlisiz. “Rubin.az” Türk həkim Fevzi Özgönül bunun 10 qaydasını təqdim edir :
1.Səhərlər mütləq doyunca yeyin . Çörək və xəmirli qidaları azaldın və pendir , yumurta, zeytun , göyərtilər , çərəzlər yeyin.
2. Çay yerinə süd və ya meyvə suyu için.
3. Səhər ve nahar arasını çok uzatmayın.
4. Naharda vücudunuzu bəsləyəcək ve gücləndirəcək yeməklər yeyin. Çörək , makaron , plov , unlu şirniyyatlardan uzaq durun.
5. Bədəninizi ideal ölçülərə qovuşdurabiləcək qidaları səhər və naharda yeməlisiz. Axşam yediklərinizin bir faydası olmaz.
6. Axşam yeməyinə qədər bir dəfə də yeyin.
7. Yazmazdan əvvəl yüngül idman hərəkətləri edin.
8. Tez yatın
9. Yatmadan öncə meyvə , salat , yeməyin.
10.Əgər davamlı şirin şeylər istəyiniz azalıbsa və özünüzü enerjili hiss edirsizsə demək ki,hər şey qaydadına düşür.
Kökəlmək üçün yağlı – buğlu ye , çoxlu şirniyyat ye kimi nağıllara inanmayın. Adətən çox arıqların iştahı yaxşı olmadığından az yeyirlər ona görə də bacardıqca daha tez- tez yeyin .
Aşağıdakı qidalar normal kökəlmə üçün sizə yardımçı olacaq:
Ət ,Paxlalı bitkilər ,Yulaf ,Çərəzlər, təzə pendir, Banan, Vineqret salatı,Üzüm, Semişka , Bağayarpağı, Gülxətmi dəmləməsi, Biyan kökü, Qarğıdalı, Noxud,
Bal, arı mumu , Bəhməz, Xurma, Gilas, Armud.
Elşən Ramizoğlu