Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar – YENİLƏNİB
  • Gündəm
  • İdman

Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar – YENİLƏNİB

rubinroot Mart 26, 2023
FotoJet (33)

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirini 2 medalla başa vurublar.

“Report”un məlumatına görə, yarışın son günündə milli komandanın iki üzvü – Vüqar Talıbov və Camal Qamzatxanov tatami üzərinə çıxıb.

90 kq-da çıxış edən Talıbov startda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq, mübarizəni dayandırıb.

100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini üstələsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb. Amma rəqib finala çıxdığından Azərbaycan cüdoçusu təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan yığmasına medalları kişilərdən Turan Bayramov (60 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qazandırıblar. Onlar müvafiq olaraq fəxri kürsünün 1-ci və 3-cü pilləsinə qalxıblar.

10:17

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq.

Oxu.Az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin 2 üzvü mübarizə aparacaq.

90 kq-da çıxış edən Vüqar Talıbov Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryanla, 100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Böyük Dəbilqə

90 kq

1/16 final: Vüqar Talıbov – Aram Qriqoryan (BƏƏ)

+100 kq

1/8 final: Camal Qamzatxanov – İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi

Qeyd edək ki, hələlik Azərbaycan yığmasının aktivində iki medal var. Kişilərdən Turan Bayramov (60 kq) turnirin qalibi, qızlardan isə Gültac Məmmədəliyeva (52 kq) 3-cü olub.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Təhlükə artır! Döyüş təyyarələri HƏRƏKƏTƏ KEÇDİ – Rusiyadan ŞOK XƏBƏRDARLIQ
Next: Ukraynanın 8 rayonu atəşə tutuldu – Ölənlər var

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.