Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib
  • İdman

Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib

rubinroot Mart 22, 2023
basketball_121219

“Sərhədçi” İdman Mərkəzində 2022-2023-cü il mövsümü üzrə basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə iki qrup üzrə dörd qarşılaşma olub. Açılış oyunu A qrupunda qərarlaşmış “Sabah” və “Gəncə” komandaları arasında keçirilib. “Gəncə” 97:59 hesabı ilə rəqibini üstələyib. Ən məhsuldar basketbolçular “Sabah”dan Udun Osaku (15 xal, 3 ribaund ), “Gəncə”dən Əkbər Məmmədov (27 xal, 18 ribaund) seçiliblər.

B qrupu çərçivəsində NTD – “Olimpik Şəki” oyununda meydan sahibləri 94:83 hesabı ilə qalib gəliblər. Matçın ən məhsuldar basketbolçuları NTD-dən Zak Hadson (18 xal, 11 ribaund ), “Olimpik Şəki”dən Larri Robinson (24 xal, 8 asist) olublar.

 

A qrupu çərçivəsində “AAAF Xırdalan” – “Sərhədçi” matçı oynanılıb. Görüşdə Xırdalan təmsilçisi 86:69 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular “AAAF Xırdalan”dan Deymon Makdouel (19 xal, 6 ribaund), “Sərhədçi”dən isə Brendon Miller (20 xal, 5 ribaund) seçiliblər.

B qrupunda yer alan “Zirvə Astara” və “Neftçi” komandalarının görüşü Bakı təmsilçisinin 93:76 hesablı qələbəsi ilə başa çatıb. Matçda ən məhsuldar basketbolçular “Zirvə Astara”dan (Derin Conson 27 xal, 6 asist ), “Neftçi”dən isə Davit Lomidze (24 xal, 5 riabund) olublar.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Mədəniyyət Nazirliyi teatr və muğamsevərlər üçün maraqlı proqramlar hazırlayıb
Next: Поиск https://vulcancasino-vip.com/zerkala-kazino-vulkan/ оптимальных онлайн-казино

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.