Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
RUBİN.AZ– ın məlumatına görə, 55 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada moldovalı Mihaela Samoillə üz-üzə gəlib.
Məmmədova ilk hissədən sonra hesabda geri olsa da, əzmkarlıq göstərərək yekunda inamlı qələbə qazanıb – 14:7.
Bu gün həmçinin 68 kq-dakı Nigar Mirzəzadə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi macarıstanlı Karolina Pok olacaq.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.
***
Mübarizəyə 1/4 finaldan qoşulan Gültəkin Şirinova (53 kq) italiyalı Mariya Feroneni “tuş”la yarışdan kənarlaşdırsa da, yarımfinalda türkiyəli Zeynep Yetgillə bacarmayıb – 0:5. G.Şirinova bürünc medal uğrunda güləşəcək. O, Mariana Draqutan (Moldova) – Çadia Ayaçi (Fransa) qarşılaşmasının qalibiylə mübarizə aparacaq.
Jalə Əliyeva (57 kq) ilk mərhələdə ukraynalı Aleksandra Xomenetsə müqavimət göstərə bilməyib – 2:13. J.Əliyeva sabah təsəlliverici görüşdə Bolqarıstan təmsilçisi Nazife Tairlə güləşəcək.
Birgül Soltanova (65 kq) təsnifat mərhələsində bolqarıstanlı Gergana Stoyanovaya 3:0 hesabıyla qalib gəlib. Millimizin üzvü daha sonra yunanıstanlı Drosula Tzianakopulonu “tuş”la məyus edərək adını yarımfinala yazdırıb. B.Soltanova bu mərhələdə fransalı İris Tiboksdan güclü olub – 6:3. Birgül bu gün finalda rumıniyalı Amina Kapezanla qarşılaşacaq.
Axar.az–