Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Cüdoçularımız Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutublar
  • İdman

Cüdoçularımız Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutublar

rubinroot Mart 13, 2023
1678651770_84dcc0a9-d124-3c86-918e-54001eed5e48_850 (1)

Martın 11-12-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Bu barədə  Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub.

Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə ediblər.

Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq çəkidə Süleyman Şükürov finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. – 81 kq çəkidə Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb. +90 kq çəkidə Ramazan Əhmədov turnirin gümüş medalçısı olub

-81 kq  çəkidə mübarizə aparan cüdoçu Hüseyn Eyvazlı yarışı 5-ci yerdə tamamlayıb.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Goranboyda dəhşətli qəza: 2 nəfər öldü
Next: Türkiyənin Malatya vilayətində daha bir zəlzələ baş verib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.