Bazar, 29 Noyabr 2026 15:29:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Dünya

Moskvadakı insidentlə bağlı Rusiya DİN-dən – Açıqlama

16.02.2019 23:49 · 756 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
onansa səbəb olan hadisələrlə əlaqədar vəziyyət tam şəkildə şəhər hakimiyyəti və polisin nəzarəti altındadır, münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər görüləcək.
“Rubin.az” Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadənxəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi polis general-leytenantı Baranov Oleq Anatolyeviç Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi polis general-mayoru Əkbər Yusifov ilə görüşü zamanı bildirib.
Səfirliyin mətbuat xidmətini məlumatında deyilir: “Geniş ictimai rezonansa səbəb olan və bu ərəfədə baş verən hadisələrlə əlaqədar 16 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi polis general-mayoru Əkbər Yusifov ilə Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi polis general-leytenantı Baranov Oleq Anatolyeviç arasında görüş keçirilib.
Görüş zamanı yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və insidentin eskalasiyasının qarşısının alınması üzrə tədbirlər müzakirə edilib. Səfir Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisini Azərbaycan və Çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq hissləri, eləcə də Moskvanın çoxmillətli meydançasında münaqişə vəziyyətinə gətirib çıxara biləcək təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən bu cür insidentlərin yolverilməzliyi barədə məlumatlandırdı. Cənab Baranovun sözlərinə görə, hər iki insidentlə bağlı operativ iş aparılır, xüsusilə də Moskvadakı “Neolit” kafesinə hücum faktı ilə bağlı yaxın zamanda ittihamlar irəli sürüləcək, həmçinin taksi sürücünün qətlə yetirilməsi ilə bağlı intensiv şəkildə istintaq aparılır və cinayətkarların şəxsiyyətləri müəyyən olunacaqdır. İş məhkəməyə təqdim ediləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaqdır.
General-leytenant həmçinin bildirdi ki, vəziyyət tam şəkildə şəhər hakimiyyətin və polisin nəzarəti altındadır, münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər görüləcəkdir.
Görüş zamanı internetdə 4-6 nəfərin həlak olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatın yayıldığı qeyd olunmuş və sosial şəbəkələrdə yer almış yalnız düşmənçilik mühitin yaradılması məqsədini güdən bu cür təxribatlara uymaması xahişi səsləndirilib.
Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov tərəfindən bəyanat verilmiş, hansında o bu insidentin Azərbaycan və Çeçen xalqları arasında mövcud olan tarixi köklərə əsaslanan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirməyəcəyini bildirmişdir.
Həmçinin, səfir dünən və bu gün həmin məsələ ilə məşğul olan azərbaycanlılarla bir sıra görüşlər keçirmiş, bununla əlaqədar olaraq, səfirlik jurnalistlərə və məsələdə düzgün mövqe tutan bütün insanlara təşəkkürünü bildirir.
Bir daha feyk məlumatlara və təxribat xarakterli bəyanatlara inanmamağa çağırırıq. Səfirlik həmin məsələ ilə bilavasitə məşğuldur və vəziyyətin gələcək inkişafı barədə ictimaiyyətə məlumat verəcəkdir”.
↑