Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Adil Əliyev: “Azərbaycan qadını tarixən öz qəhrəmanlığı, işgüzarlığı və ailə dəyərlərinin qorunub saxlanılması kimi mühüm missiyaları həyata keçirdib.”.
  • Maraqlı
  • Siyasət

Adil Əliyev: “Azərbaycan qadını tarixən öz qəhrəmanlığı, işgüzarlığı və ailə dəyərlərinin qorunub saxlanılması kimi mühüm missiyaları həyata keçirdib.”.

rubinroot Mart 9, 2023
7
330336786_6164252586969308_4960268711705913331_n

Milli məclisin sədr müavini, millət vəkili Adil Əliyev tərəfindən  “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Bakı şəhəri, eləcə də, Tovuzdan, Qubadan, Xaçmazdan, Beyləqandan, Neftçaladan, Ağdaşdan, Mingəçevirdən və s. rayon və şəhərlərimizdən qonağımız olan şəhid analarının, şəhid ailələrinin üzvlərinin, ictimaiyyət nümayəndələrinin, eləcə də Milli Məclisə deputat seçildiyi 20 saylı II seçki dairəsinin ərazisində yaşayan xanım seçicilərin iştirakı ilə Bayram gününə həsr edilmiş tədbir təşkil edilmişdir.

“Azərbaycan qadını tarixən öz qəhrəmanlığı, işgüzarlığı və ailə dəyərlərinin qorunub saxlanılması kimi mühüm missiyaları həyata keçirdib. Eləcə də, məhz bu anaların böyütdükləri övladlar Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun tərkibində döyüşərək bizə tarixi Qələbə bəxş etdilər. Qəhrəmanların döyüş meydanında göstərdiyi hünər hesabına bu gün tarixi torpaqlarımız azaddır və üçrəngli şanlı bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Bu gün qəhrəmanlarımız şəhid olsalar da, onların əmanətlərinə sahib çıxmaq hər birimizin ilk növbədə vətəndaşlıq borcudur. Şəhid ailələrinin qayğıları hər zaman Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir, eləcə də hər birimiz şəhid ailələrinin yanında olmalıyıq və əzizlərinin kədərlərini unutdurmağa çalışmalıyıq. Bugünkü tədbirdə şəhid anasının dediyi kimi: “Övladımızın yerini doldura bilməsənizdə, ən azından övladımızın yerinə təbrik edirsiniz”.

Bütün şəhid analarının bir daha əllərindən öpürəm, xüsusilə də uzaq məsafələrdən əziyyət çəkib gələn analara bir daha minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət etsin, əzizlərinə cansağlığı və səbir versin”-deyə Adil Əliyev çıxışı zamanı bildirib.

RUBİN.AZ

 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: The Misuse of Drugs Act 1971 Modification Order 1996
Next: Villasını indi çadır əvəz eləyir – 20 mağazası, 8 evi dağıldı + Video

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.