Bakıda Avropa Gimnastikasının iclası keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, toplantı 17-21 mayda paytaxtda təşkil olunacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.
Avropa Gimnastikasının baş direktoru Liza Vortman, qurumun bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Yevangeliya Trikomiti, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, idman direktoru Natalya Bulanova və digər nümayəndələr iştirak ediblər.