Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyası tərəfindən təşkil edilmiş XXIV Azərbaycan Çempionatının açılış mərasimi keçirildi.
Sağlam və vətənpərvər gəncliyin yetişdirilməsi dövlətimizin əsas məqsədidir.
RUBİN.AZ xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başladı, daha sonra şəhidlərimizin və qardaş Türkiyədə həlak olanların xatirəsi anıldı. Millət vəkili Adil Əliyev bildirdi ki, ölkəmizdə idman sahəsi, idmançıların qayğıları və bu sahəyə marağın artırılması Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir.
“Dövlətimizin əsas məqsədi sağlam və vətənpərvər Azərbaycan gəncliyinin yetişdirilməsidir. Məhz fiziki cəhətdən sağlam, vətənpərvər, dövlətinə bağlı Azərbaycan gəncləri Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun tərkibində döyüşərək, bizə tarixi qələbə bəxş etdi”-deyə Adil Əliyev qeyd etdi.