Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva babası, akademik Arif Paşayevi ad günü münasibəti ilə təbrik edib.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki,Leyla Əliyeva təbrikini İnstaqram hesabında ünvanlayıb:
“Sevimli babam Arifi ad günü münasibəti ilə təbrik edirəm. Allah hamıya cansağlığı və xoşbəxtlik bəxş etsin, bütün arzularınız yerinə yetsin”.
Qeyd edək ki, ötən gün akademik Arif Paşayevin 85 yaşı tamam olub.