Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.
“Unikal” xəbər verir ki, 100 kq-da çıxış edən Zelim Kotsoyev və 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri rəqiblərini üstələyib.
Onlar qızıl medal uğrunda qarşılaşmada müvafiq olaraq niderlandlı Mixael Korrel və monqolustanlı Tsetsensengel Odxugiyn ilə üz-üzə gələcəklər.
90 kq-da yer alan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedon ilə qarşılaşacaq.
Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb.