“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Gent” üzərində qələbəni (1:0) Türkiyəyə həsr edib.
Bu barədə klubun prezidenti Tahir Gözəl danışıb.
“Bu qələbəni Türkiyə xalqına ərmağan edirik. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Bu qələbə Türkiyəyə mənəvi hədiyyəmiz olsun”, – Gözəl söyləyib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Nəticədə, son məlumata görə, 36 mindən çox insan həlak olub.
Axar.az