Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Prezident İlham Əliyev sərəncam imzalayıb
  • İqtisadiyyat
  • Manşet
  • Rəsmi

Prezident İlham Əliyev sərəncam imzalayıb

rubinroot Fevral 15, 2019
prezi-1526031267

Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, əlli min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinin davam etdirilməsi məqsədilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Nazir və İcra başçısı Günərzi qayğı mərkəzinə baxış keçiriblər
Next: Prezident Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 30 milyon manat ayırıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.