Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral tarixində yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə çatıb.
Bu barədə RUBİN.AZ– a FHN-dən bildirilib.
Rəsmi məlumata görə, Kahramanmaraş rayonuna gələn çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.