Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə RUBİN.AZ-a FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı – 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə xilas olunublar.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.